​Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib

​Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Din
31 Oktyabr , 2014 10:02
​Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikə səfəri çərçivəsində prezident Yuri Kokov ilə görüşüb. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Y.Kokov iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib.

QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Kokova çatdırıb. QMİ sədri qeyd edib ki, Azərbaycanla Kabardin-Balkar qardaş respublikalardır və onlar arasında qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin istəyidir. Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, “dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik”.

Şeyxülislam Kabardin-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib.

Görüşdən sonra Şeyxülislam və Kabardin-Balkar Respublikasının prezidenti “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirilən beynəlxalq elmi konfransa qatılıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Səfərdə Şeyxülislam A.Paşazadəni QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və digərləri müşayiət ediblər.

Qeyd edək ki, “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfrans Kabardin-Balkar Respublikasının Ruhani İdarəsi tərəfindən və Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi