Milix Yevdayev: "Yaxın vaxtlarda dağ yəhudiləri icmaları birləşəcəklər"

Milix Yevdayev: "Yaxın vaxtlarda dağ yəhudiləri icmaları birləşəcəklər" "Bu gün Azərbaycanda 7 yəhudi icması dövlət qeydiyyatına alınıb, 8 sinaqoq fəaliyyət göstərir"
Din
5 Dekabr , 2016 16:30
Milix Yevdayev: Yaxın vaxtlarda dağ yəhudiləri icmaları birləşəcəklər

Bakı 5 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda 7 yəhudi icması dövlət qeydiyyatına alınıb, 8 sinaqoq fəaliyyət göstərir. Hazırda bir muzey-sinaqoq isə tikilməkdədir. Yəhudi təmayüllü iki orta məktəb və iki uşaq bağçası fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Mətbuat Şurasının (MŞ) birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunmuş "Milli mənəvi-dəyələr və KİV" adlı seminarda Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib.

Onun sözlərinə görə, Azərbaycandan başqa dünyada heç bir müsəlman dövlətində yəhudilərə sinaqoq tikilib təhvil verilməyib: "Qədirbilən xalqımız bu töhfəyə görə Pezident İlham Əliyevə çox minnətdardır. Bakı Dağ Yəhudiləri İcması Azərbaycanda olan yəhudi icmalarının ən böyüyüdür. İcmanın 10 minə qədər üzvü var. Hazırda yəhudi icmalarının birləşdirilməsi söhbəti gedir. Yəqin ki, yaxın vaxtlarda dağ yəhudiləri icmaları birləşəcəklər".

M.Yevdayev Azərbaycanda yəhudilərə göstərilən tolerant münasibətdən danışıb: "Biz Fransada səfərdə olarkən Parisin ravvini demişdi ki, Fransada yəhudilərə aqressiv münasibət olduğundan küçədə fransız, evdə yəhudi olmağa məcburuq. Mən onlara cavab verdim ki, sizdən fərqli olaraq biz küçədə də, evdə də yəhudiyik. Bizim mentalitetmiz Azərbaycan xalqının mentaliteti ilə demək olar eynidir. Bircə fərqimiz odur ki, biz "Tövrat"ı, siz "Qurani-Kərim"i oxuyursunuz. Hər iki kitab Ramazan ayında nazil olub". 

Son xəbərlər

Orphus sistemi