Xırdalan şəhəri 10 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi göstərilib

Xırdalan şəhəri 10 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi göstərilib Filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb
Din
20 Fevral , 2017 20:38
Xırdalan şəhəri 10 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi göstərilib

Bakı. 20 fevral. REPORT.AZ/ Abşeron rayonu Xırdalan şəhəri 10 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilıb.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, məktəbin direktoru Elnarə Həsənova, hərbi rəhbəri Yədulla İmanov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan E.Həsənova şagirdlərin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərimizə bağlı, təhsilli və savadlı yetişdirilməsinin prioritet məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, gələcəyimizin bünovrəsini təşkil edən şagirdlərin radikal meyillərdən qorunmaları üçün belə filmlərin nümayişi təqdirəlayiqdir.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İ.Cəfərov çıxış edərək, radikal dini meyillər haqqında iştirakçılara məlumat verib. O bildirib ki, şagirdlərin əsas vəzifəsi yüksək səviyyəli təhsil alaraq, vətənə və dövlətə layiqli vətəndaş olmalarıdır.

Məktəbin hərbi rəhbəri Y.İmanov bəzi qüvvələrin dini fanatizm, zərərli ideologiyalar vasitəsilə mənəvi terror həyata keçirmələrini pisləyib və bu sahədə gənclərin maarifləndirilmələrinə xüsusi önəm verilməsinə diqqət çəkib.

Filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi