Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı və digər məsələlərlə bağlı olub
Din
27 Yanvar , 2015 15:55
Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərindəki Mədəniyyət sarayında Sumqayıt, Abşeron və Xızı rayonlarından olan 20-yə yaxın vətəndaşı qəbul edib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitə sədri M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi