Ucarda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib

Ucarda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib
Din
16 Aprel , 2016 16:11
Ucarda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Ucar rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, müşavirədə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Ucar Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.

Müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ucar İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, respublikamızda milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Ucar rayonunda dövlət-din münasibətləri sahəsində dini icmalarla aparılan qarşılıqlı əməkdaşlıqdan danışıb.

Son xəbərlər

Orphus sistemi