Türkiyədə Həcc ziyarətinin qiyməti 10 min dollardan yüksək olub

Türkiyədə Həcc ziyarətinin qiyməti 10 min dollardan yüksək olub Xüsusi otaqlarda qalmaq daha ucuzdur
Din
27 Fevral , 2017 19:21
Türkiyədə Həcc ziyarətinin qiyməti 10 min dollardan yüksək olub

Bakı. 27 fevral. REPORT.AZ/ Türkiyədə bu il üçün Həcc ziyarətinə getməyin qiyməti açıqlanıb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu il hacı namizədləri üçün otellərlə yanaşı, gecələmək üçün xüsusi otaqlar da təklif olunub.

Ümumiyyətlə, 2 nəfərlik otaqda hər adam üçün qiymət 15 500 TL (4 343 dollar), 3 nəfərlik otaqda hər nəfər üçün 14 min TL (3923), 4 nəfərlik otaqda isə hər nəfər üçün 12 min 250 TL (3 362) olaraq müəyyən olunub.

Oteldə qalmağı seçənlər üçün isə qiymətlər 22 min 750 TL (6 375 dollar), 24 min 500 TL (6 865 dollar), 27 min 500 TL (7705 dollar), 39 min 750 TL (11 138 dollar) məbləğində müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi