Suriyada ölənlərlə Azərbaycanda şəhid olanların ailələrinin müqayisəsindən bəhs edən film çəkilir

Suriyada ölənlərlə Azərbaycanda şəhid olanların ailələrinin müqayisəsindən bəhs edən film çəkilir Film “Şəhadət” adlanır
Din
5 Dekabr , 2016 14:49
Suriyada ölənlərlə Azərbaycanda şəhid olanların ailələrinin müqayisəsindən bəhs edən film çəkilir

Bakı. 5 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fitnə” filminin davamını çəkir. 

“Report”un xəbərinə görə, bu barədə komitənin sədri Mübariz Qurbanlı məlumat verib.

M.Qurbanlı deyib ki, “Şəhadət” adlanacaq filmdə Suriyada ölənlərlə Azərbaycanda şəhid olan insanların ailələrinin müqayisəsindən bəhs ediləcək: “Çəkilişlər demək olar ki, yekunlaşıb və son tamamlanma işləri gedir. Yaxın vaxtlarda filmin ictimaiyyətə nümayiş olunması nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi