Şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək Səfərdə məqsəd “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir
Din
21 Noyabr , 2014 10:08
Şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək
Bakı. 21 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşəcək. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd 23-24 noyabr tarixlərində İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

QMİ-dən bildirilib ki, Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi