Bakı. 22 iyun.
“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlaqlı olmaq lazımdır. "Qurani-Kərim"də bu məsələ aydın ifadə olunub. Azərbaycançılıq fəlsəfəmizdə Vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük varlıq, nemətdir".