Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib Şəhidlərin ruhlarına Fatihə surəsi oxunub
Din
27 Fevral , 2017 20:54
Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ “Şəbnəm” qızlar mədrəsəsində “26 Fevral” Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumta görə, tələbələrin iştirakı ilə hazırlanan tədbirdə Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət slaydlar göstərilib. Tələbələr Xocalı faciəsinə həsr olunmuş şerlər ifa ediblər. Mədrəsənin Tarix müəlliməsi İlhamə Qurbanlı hadisələrin gedişatı barədə məlumat verib.

Sonra ulu öndər Heydər Əliyevin hadisələr haqqında çıxışı izlənilib.

Mədrəsənin müəllimi, xocalıdan məcburi köçkün olan İ.e.f. dr Sevinc Aslanova çıxışında 1988-1992-ci illərdə Qarabağda xalqın həyatından bəhs edən müəllimə, eyni zamanda bugün yaşadığımız dinc həyatımızı Azərbaycan Milli Ordusuna borclu olduğumuzu vurğulayıb.

Tədbirin sonunda Vətənimizə, millətimizə və dövlətimizə dua olunb, şəhidlərin ruhlarına Fatihə surəsi oxunub.

Son xəbərlər

Orphus sistemi