​Sabirabadda “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

​Sabirabadda “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib "Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib"
Din
23 Fevral , 2016 20:53
​Sabirabadda “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Ələkbər Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini-dini qurumların təşkilatçısı Mirzağa Hümbətov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Bulaqlı kəndi üzrə nümayəndəsinin müavini Yadulla Əliyev, icma üzvləri, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxış edərək, mədəniyyətlərin və dinlərin vəhdətinin və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrildiyini qeyd edib.

C. Bəhrəmov müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətlərinin Azərbaycan xalqı üçün hər zaman xarakterik olduğunu vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini Mirzağa Hümbətov dövlət başçısının Sərəncamı ilə ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışıb.

Tədbirdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər mərkəzi “Heydər” məscidinin axund müavini Yusif Bağırov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov və başqaları çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi