Roma papası yarım saata yaxın liftdə qalıb

Roma papası yarım saata yaxın liftdə qalıb Roma papası Fransisk Vatikanda liftdə qalıb və ibadətə gecikib.
Din
2 Sentyabr , 2019 07:57
Roma papası yarım saata yaxın liftdə qalıb

Roma papası Fransisk Vatikanda liftdə qalıb və ibadətə gecikib.

"Report" "BBC News"a istinadən xəbər verir ki, pontifik hər həftə Müqəddəs Pyotr Meydanında keçirilən dua mərasiminə gecikdiyi üçün üzr istəyib.

Fransisk gecikməsinin səbəbini elektrik enerjisinin kəsilməsi səbəbindən 25 dəqiqə liftə qalması ilə izah edib. Onu yanğınsöndürənlər oradan çıxarıblar.

Son xəbərlər

Orphus sistemi