Ramin Məmmədov Bakıdakı “Tereza Ana” şəfqət evinin fəaliyyəti ilə tanış olub

Ramin Məmmədov Bakıdakı “Tereza Ana” şəfqət evinin fəaliyyəti ilə tanış olub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıdakı “Tereza Ana” şəfqət evinin fəaliyyəti ilə tanış olub.
Din
15 aprel 2025 15:37
Ramin Məmmədov Bakıdakı “Tereza Ana” şəfqət evinin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıdakı Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının nəznində fəaliyyət göstərən “Tereza Ana” şəfqət evinin fəaliyyəti ilə tanış olub.

"Report" xəbər verir ki, Dini Komitənin sədri şəfqət evində xristian dini icmasının nümayəndələri ilə söhbəti zamanı Azərbaycanda multikultural dəyərlərə və tolerantlıq ənənələrinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideyalarının müstəsna rol oynadığını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, müxtəlif konfessiyaların nümayəndələrinin yaşadığı ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün əlverişli şərait yaradıldığını qeyd edib. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə bəşəriyyətin ümumi irsi hesab olunan dini abidələrin bərpası istiqamətində həyata keçirdiyi layihələr xalqımızın multikulturalizm ənənələrinə ehtiramını nümayiş etdirir.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete ölkədə katolikliyin tarixi və fəaliyyəti haqqında məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Ötən ilin dekabrında Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin təməlinin qoyulmasının Azərbaycanda yaşayan katoliklər üçün tarixi bir məqam olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi