Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib

Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə bununla bağlı müvafiq əmr imzalayıb
Din
7 İyun , 2017 15:32
Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib
Report.az

Bakı. 7 iyun. REPORT.AZ/ Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Nurməhəmməd Rəsul oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, din xadimi QMİ Qazılar Şurasının müqəddəs Ramazan ayı ilə bağlı 24.05.2017-ci il tarixli fətvasının tələblərini kobud şəkildə pozduğu üçün işindən kənarlaşdırılıb.

QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı müvafiq əmr imzalayıb. 

Son xəbərlər

Orphus sistemi