QMİ sədri müsəlman ölkələrində Ramazan ayının fərqli vaxtlarda başlamasına münasibət bildirib

QMİ sədri müsəlman ölkələrində Ramazan ayının fərqli vaxtlarda başlamasına münasibət bildirib Bakı. 15 may. REPORT.AZ/ Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir.
Din
1320
15 May , 2018 11:42
QMİ sədri müsəlman ölkələrində Ramazan ayının fərqli vaxtlarda başlamasına münasibət bildirib
Report/ ELchin Murad
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ramazan ayının nə vaxt başlaması ilə bağlı Şamaxı Rəsədxanasının alimləri ilə məsləhətləşmələr aparılıb: "Mayın 17-si ilk gündür. Ramazan ayının birinci günüdür. Mən isə sabahdan orucumu tutmağa başlayacam".

A.Paşazadə qeyd edib ki, din xadimlərinin iftara qədərki ehsan mərasimlərində iştirakı düzgün deyil: "Bu Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edin. Yalançı mollalar da narahatedici məqamlardandır. Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollalar tərəfindən aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir".

Son xəbərlər

Orphus sistemi