QMİ sədri: “Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır”

QMİ sədri: “Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır” “Dünya ictimaiyyəti bütün bunları bilməli və həqiqətləri dünya ictiamiyyətinə çatdırmağı bacarmalıyıq”
Din
22 Aprel , 2021 14:56
QMİ sədri: “Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır”

“Bu il Ramazan ayı bizim üçün həm də Qarabağ torpaqlarımızın azad olunması ilə əlaqədar Zəfər ayıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimizin, hərbçilərimizin şücaəti ilə torpaqlarımızı işğaldan azad etdik”.

“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin "114 TV" internet televiziyasına müsahibəsində deyib.

Şeyxülislam vurğulayıb ki, torpaqlarımız 30 illik əsarətdən azad olunub:

“Baxmayaraq ki, həmin ərazilərdə olan bir çox məbədlərimiz, məscidlərimiz, hətta sinaqoq və kilsələr dağıdılaraq yerlə-yeksan edilib. Bu da erməni vandalizminin bizim torpaqlarımızda yaratdığı mənzərədir. Biz əlbəttə, həmin yerləri başqa dinin nümayəndələri ilə birlikdə ziyarət etdik. Dini məbədlərimizdə haram heyvanların saxlanılması islamofobiyaya, islama, İslam dininə və azərbaycanlılara olan münasibət idi. Dünya ictimaiyyəti bütün bunları bilməli və həqiqətləri dünya ictiamiyyətinə çatdırmağı bacarmalıyıq”.

Son xəbərlər

Orphus sistemi