QMİ-nin hazırladığı “Moizələr və xütbələr” kitabı məscidlərə paylanılır

QMİ-nin hazırladığı “Moizələr və xütbələr” kitabı məscidlərə paylanılır Aqil Şirinov: "Bu səpkili kitabların nəşri davam etdiriləcək"
Din
104
5 Oktyabr , 2017 15:52
QMİ-nin hazırladığı “Moizələr və xütbələr” kitabı məscidlərə paylanılır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “Moizələr və xütbələr” adlı kitab məscidlərə paylanılır.

Bu barədə "Report"a İdarənin Fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov məlumat verib.

O bildirib ki, yeni nəşr bütün məscidləri əhatə edəcək: "Məscidlərdə imamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib. Yeni nəşrdən istifadə olunması məcburi deyil, tövsiyə xarakterlidir".

A.Şirinov gələcəkdə daha bir xütbələr kitabının işlənəcəyini də bildirib: "Mövzu genişdir və gələcəkdə bu səpkili nəşrlər yenə olacaq. Budəfəki nəşrdə 52 mövzu əhatə olunubsa, hazırlanacaq yeni nəşrdə mövzular daha da geniş şəkildə işlənəcək".  

Son xəbərlər

Orphus sistemi