QMİ iftar süfrəsinin yalnız ailə üzvlərinin iştirakı ilə açılmasını tövsiyə edir

QMİ iftar süfrəsinin yalnız ailə üzvlərinin iştirakı ilə açılmasını tövsiyə edir Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir
Din
9 Aprel , 2021 15:23
QMİ iftar süfrəsinin yalnız ailə üzvlərinin iştirakı ilə açılmasını tövsiyə edir

“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.

“Report”un xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada qeyd olunub.

Fətvada bütün bu tövsiyələrin hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıdığı bildirilib.

Eyni zamanda builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil olunduğu xatırlanıb: “İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir”.

Son xəbərlər

Orphus sistemi