QMİ “Fatimeyi Zəhra” məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb

QMİ “Fatimeyi Zəhra” məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb “Məsələ məscidin xeyrinə həllini tapıb”
Din
404
9 Fevral , 2017 11:27
QMİ “Fatimeyi Zəhra” məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb

Bakı 9 fevral. REPORT.AZ/ "Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) bildirilib.

"Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur", - deyə, QMİ-dən əlavə olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 ha (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır.

Son xəbərlər

Orphus sistemi