Pakistan Prezidenti Heydər məscidi ilə tanış olub

Pakistan Prezidenti Heydər məscidi ilə tanış olub O, Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək dəyərləndirib
Din
13 Mart , 2015 16:19
Pakistan Prezidenti Heydər məscidi ilə tanış olub

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Bakıda Heydər məscidi ilə tanış olub. 

“Report”un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ali qonağa məlumat verib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib: “Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub”.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Heydər məscidi ilə tanış olan Pakistan Prezidenti Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi