Mübariz Qurbanlı radikal qruplaşmalardan danışdı

Mübariz Qurbanlı radikal qruplaşmalardan danışdı Radikal qruplar siyasi partiya kimi özlərini göstərməyə çalışsalar da, əslində ayrı-ayrı radikal qruplar kimi özlərini nümayiş etdirirlər. Azərbaycanda fəaliyyət göstərən bütün partiyalar ölkənin milli maraqlarına və konstitutusiyaya uyğun hərəkət etməlidir.
Din
20 May , 2020 15:40
Mübariz Qurbanlı radikal qruplaşmalardan danışdı
Mübariz Qurbanlı

"Radikal qruplar siyasi partiya kimi özlərini göstərməyə çalışsalar da, əslində ayrı-ayrı radikal qruplar kimi özlərini nümayiş etdirirlər. Azərbaycanda fəaliyyət göstərən bütün partiyalar ölkənin milli maraqlarına və konstitutusiyaya uyğun hərəkət etməlidir".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni Tv”yə müsahibəsində deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, milli müstəqilliyin qorunması siyasi baxışdan asılı deyil: "Radikal qruplar öz maraqlarını xaricdəki qüvvələri gətirməklə həll etməyə çalışırlar. Biz evimizin problemlərini həll üçün kənardan hansısa qüvvəyə istinad edib öz marağımıza nail olmağa çalışırıqsa, milli marağı tapdamış oluruq. Bu, xəyanətdən başqa bir şey deyil. Bu gün Azərbaycanda 5-ci kolon dediyimiz radikal qruplar xaricdə yerləşərək xarici qüvvələrin, qrupların, bizə zidd olan dairələrin Azərbaycanın milli maraqları əleyhinə təbliğat aparırsa, bu adamlar qəbul edilə bilməz. Ona görə də onlar xalq tərəfindən inkar edilir”.

M.Qurbanlı bildirib ki, dövlət və milli maraqları öndə olan dövləti heç nə sirkələyə bilməz: "Bunun üçün hansısa təhsil almağa, institut bitirməyə ehtiyac yoxdur. Dövlət marağı birinci olan ölkəyə heç kim kənardan təsir göstərə bilməz".

Son xəbərlər

Orphus sistemi