Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edib Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə və s. bağlı olub
Din
21 Aprel , 2017 17:04
Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edib

Bakı. 21 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qobustandakı Gənclər Mərkəzində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciəti əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların fəaliyyəti, "Quran" kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi