Mübariz Qurbanlı: “Bütün qurumlar dini radikalizmə qarşı mübarizə aparmalıdır”

Mübariz Qurbanlı: “Bütün qurumlar dini radikalizmə qarşı mübarizə aparmalıdır” Dövlət Komitəsinin sədri: “Münaqişələrin əksəriyyətinin müsəlman ölkələrində olması Azərbaycanı da narahat edir”
Din
27 Dekabr , 2016 12:44
Mübariz Qurbanlı: “Bütün qurumlar dini radikalizmə qarşı mübarizə aparmalıdır”

Bakı. 27 dekabr. REPORT.AZ/ “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci vəzifəsi dini radikalizmə qarşı mübarizə aparmaqdır”.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bütün dünya hər gün dini radikalizmin törətdiyi fəsadların şahidi olur.

M.Qurbanlı qeyd edib ki, dünyada baş verən münqişələrin əksəriyyətinin müsəlman ölkələrində olması Azərbaycanı da narahat edir: “Biz də bir müsəlman dövləti olaraq müsəlman dünyasında baş verənlərdən narahat oluruq və buna qarşı mübarizə aparmalıyıq. Dini radikalizmə qarşı mübarizəni yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deyil, bütün qurumlar aparmalıdır”.

Onun sözlərinə görə, bir sıra ölkələr Azərbaycanda məzhəblərarası münasibətlərin tənzimlənməsi təcrübəsini öyrənmək istəyir.

O bildirib ki, artıq bir neçə müsəlman ölkəsindən bu məsələ ilə bağlı Dövlət Komitəsinə müraciətlər daxil olub: "Gələn ildən bizim təcrübələrdən yararlanmaq istəyən ölkələr Azəırbaycanın məzhəblərarası siyasətlə bağlı həyata keçirdiyi siyasətlə daha yaxından tanış olmaq üçün ölkəmizə səfərlər edəcəklər".

M.Qurbanlı dini radikalizmə qarşı aparılan mübarizədə Azərbaycan mediasının tutduğu dəqiq mövqeyi təqdir etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi