Mübariz Qurbanlı: "Azanı QMİ-nin təsdiq etdiyi təqvimdən fərqli vaxtda verən şəxslər cəzalandırılacaq"

Mübariz Qurbanlı: "Azanı QMİ-nin təsdiq etdiyi təqvimdən fərqli vaxtda verən şəxslər cəzalandırılacaq" Bakı. 24 may. REPORT.AZ/ Ramazan ayında məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb.
Din
1114
24 May , 2018 10:42
Mübariz Qurbanlı: Azanı QMİ-nin təsdiq etdiyi təqvimdən fərqli vaxtda verən şəxslər cəzalandırılacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ "Ramazan ayında məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsdiq etdiyi təqvim var: "Rəsmi təvqimdən kənara çıxan məscid olarsa bununla bağlı tədbir görüləcək. Yerlərdə olan nümayəndələrimiz azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilərlər".  

Son xəbərlər

Orphus sistemi