Hacı Şahin Həsənli: "Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir"

Hacı Şahin Həsənli: "Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir" "Məktəbdə din ziyalılar tərəfindən öyrədilməlidir"
Din
29 Noyabr , 2016 13:08
Hacı Şahin Həsənli: Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir

Bakı. 29 noyabr. REPORT.AZ/ "Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir". 

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), QMİ və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqdə deyib. 

Onun sözlərinə görə, İslam dini inkişafın tərəfdarıdır: "İslam dinində dayanmaq, bir gün inkişafdan qalmaq tənəzzülə bərabərdir. İslamda mərkəzdə insan və onun mənafeyi dayanır. İstənilən yenilik ağlın süzgəcindən keçirilərək qəbul edilə bilər". 

Ş.Həsənli bildirib ki, milli mentalitet, dəyərlər adət-ənənə toxunulmaz deyil və təftiş edilə bilər: "İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır. Məlumatsızlıq olan yerdə radikalizm çiçəklənir. Buna qarşı mübarizə aparmağın yolu doğru şəkildə maarifləndirilmədir. Məktəbdə din ziyalılar tərəfindən öyrədilməlidir".

Son xəbərlər

Orphus sistemi