​Azərbaycanda 11 il ərzində təqribən 250 məscid tikilib və təmir edilib

​Azərbaycanda 11 il ərzində təqribən 250 məscid tikilib və təmir edilib Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır
Din
2136
27 Dekabr , 2014 01:25
​Azərbaycanda 11 il ərzində təqribən 250 məscid tikilib və təmir edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib.

"Report" xəbər verir ki, bu barədə dekabrın 26-da Bakıda Heydər məscidinin açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi onların arasındadır.

Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir.

Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilib, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini verib. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz", - deyə dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi