“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ mövzusunda konfrans keçirilib

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ mövzusunda konfrans keçirilib Bakı. 19 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.
Din
19 Aprel , 2018 12:34
“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ mövzusunda konfrans keçirilib
Report/ Elchin Murad

Bakı. 19 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda Dövlət Komitəsinin rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb.

O bildirib ki, konfransda milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan xalqının multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.

Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib ki, dövlətin ayırdığı maddi dəstəkdən 1000-ə yaxın din xadimi yararlana biləcək.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib. 

Son xəbərlər

Orphus sistemi