Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib - SİYAHI

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib - SİYAHI Bakı. 22 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.
Din
545
22 Dekabr , 2017 16:31
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib - SİYAHI
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musa oğlu Musayev Fondun Himayəçilər Şurasının sədri, Şuranın üzvlüyünə isə Milli Məclisin deputatı Sahibə Əli qızı Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Həşim oğlu Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev təyin ediliblər.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi