Lənkəranda “İslam Həmrəyliyi İli"nə həsr olunan seminar-müşavirə keçirilib

Lənkəranda “İslam Həmrəyliyi İli"nə həsr olunan seminar-müşavirə keçirilib Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb
Din
13 Mart , 2017 17:31
Lənkəranda “İslam Həmrəyliyi İlinə həsr olunan seminar-müşavirə keçirilib
Report.az

Lənkəranda. 13 mart. REPORT.AZ/ Lənkəranda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini İlqar Dadaşov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini, tolerantlıq və multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirib. 

Qeyd edib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəkdir. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı da iştirak edib.

Səyyad Salahlı ölkəmizdə bütün dinlərə eyni, bərabər münasibət göstərildiyini vurğulayaraq, ölkəmizdəki tolerantlıq ənənələrinin, multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Cənab Prezident tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini, ölkəmizin tarixi missiyanı həyata keçirdiyini qeyd edərək, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə öz tövsiyələrini verib. Dini icmaları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi