Lənkəranda gənclərin radikal dini radikalizmdən qorunmasında təhsilin rolu müzakirə olunub

Lənkəranda gənclərin radikal dini radikalizmdən qorunmasında təhsilin rolu müzakirə olunub Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib
Din
14 Aprel , 2017 19:37
Lənkəranda gənclərin radikal dini radikalizmdən qorunmasında təhsilin rolu müzakirə olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseydə, Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 saylı və H.Aslanov adına 3 saylı tam orta məktəblərin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq, dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən danışıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin və gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmindən danışıb.

DQİDK-nın Lənkəran bölgə şöbəsinin əməkdaşı Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi