​Kürdəmirdə “Dini fanatizm və xurafatçılığın zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib

​Kürdəmirdə “Dini fanatizm və xurafatçılığın zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib DQİDK-nin əməkdaşı: "Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub"
Din
19 Noyabr , 2015 19:17
​Kürdəmirdə “Dini fanatizm və xurafatçılığın zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icmasının həyata keçirdiyi “İslam təfriqə və xurafata yox deyir!” layihəsi çərçivəsində noyabrın 19-da Kürdəmir şəhərində “Dini fanatizm və xurafatçılığın zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, dini icmanın sədri Hacı Füzuli Cəfərov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Hacı Füzuli Cəfərov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açıb, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Ucar bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov “Dini fanatizm və xurafatçılığın zərərləri” mövzusunda geniş məruzə ilə çıxış edib. Vüqar Hümmətov bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.

Tədbirdə çıxış edən digər natiqlər də, fanatizm və xurafatçılığın fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

Son xəbərlər

Orphus sistemi