Komitə sədri: "Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq"

Komitə sədri: "Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq" "Qəbiristanlıqda məzar daşları bir-birindən fərqlənməməlidir"
Din
6 Fevral , 2015 13:35
Komitə sədri: Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq

Bakı. 6 fevral. REPORT.AZ/ "Bundan sonra Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları bir-birindən fərqlənməməlidir. Artıq məsələ ilə bağlı qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu, ya qanun, ya da qərar kimi veriləcək", - o bildirib.

Komitə sədri əlavə edib ki, bu məsələdə əsas amil islami dəyərlərin qorunmasıdır: "Qaldı ki, özəl qəbiristanlıqlar, bunu hansısa şirkət və ya qurum yer götürəcək və orada həmin qaydalara uyğun həyata keçiriləcək. Qəbiristanlığı mühafizə etmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər isə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".

O, həmçinin qeyd edib ki, qəbir yerlərinin pulla verilməsi məsələləri yoxdur və olmayacaq: "Qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər".

Son xəbərlər

Orphus sistemi