Komitə sədri: "2015-ci ildə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib"

Komitə sədri: "2015-ci ildə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib" "Ancaq 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb"
Din
18 Yanvar , 2017 20:51
Komitə sədri: 2015-ci ildə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib

Bakı 18 yanvar. REPORT.AZ/ "Dövlət-din münasibətlərinin uğurlu Azərbaycan modeli digər ölkələr üçün də ən mükəmməl örnəkdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetində dərc olunnan məqaləsində deyib.

O bildirib ki, hər bir xalqın ən qiymətli sərvəti onun tarixinin süzgəcindən keçmiş milli-mənəvi dəyərləridir: "Azərbaycanlıları əksər xalqlardan fərqləndirən, özünəməxsus edən digər mədəniyyətlərə hörmətlə yanaşmaq, dözümlü, sülhpərvər, həmrəy olmaq düşüncəsini bütün varlığımızla mənimsəməklə yanaşı, dünyada sülhün və rifahın təmini naminə onun ideyalarının təbliğini həyat fəlsəfəmizə çevirməyimiz və harmonik formada öz həyatımızda tətbiq etməyimizdir".

Komitə sədri deyib ki, son illər bəzi dairələrin “millətlərə xoşbəxtlik, firavan həyat, demokratiya gətirmək” bəhanəsi ilə və din amilindən də istifadə edərək törətdikləri ağlasığmaz cinayətlərin arealı getdikcə genişlənməkdədir: "Radikal dini təşkilatlar yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, geridə saxlamağa, texnoloji cəhətdən inkişafını əngəlləməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna malik olan ərazilərdə hegemonluğa sahib olmağa cəhd göstərirlər. Bu gün ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və din rəqabəti də gedir. Təəssüf ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Biz bunu Yaxın Şərqdə, Suriyada və digər müsəlman ölkələrində açıq şəkildə görürük. Nəticəsi də göz qabağındadır: “rəngli inqilab”ların, “bahar”ların gətirdiyi “payız”, səfalət, xaos, viranə qalmış şəhərlər, yurd-yuvasını tərk etmiş milyonlarla insan. İslam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən qrupların dünyada islamofobiya meyillərinin artmasına rəvac verdikləri də danılmaz faktdır. Təəssüf ki, Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terrorların İslam dini ilə əlaqələndirildiyini görərik. Halbuki 2015-ci ildə ümumilikdə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb". 

Son xəbərlər

Orphus sistemi