Komitə rəsmisi: "İnsanların dini düşüncəsinin milli dəyərlərə uyğun formalaşdırılması üçün milli kadrlar yetişdirilməlidir"

Komitə rəsmisi: "İnsanların dini düşüncəsinin milli dəyərlərə uyğun formalaşdırılması üçün milli kadrlar yetişdirilməlidir" "Həmin kadrlar xurafat və dini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar"
Din
1413
7 Fevral , 2017 21:04
Komitə rəsmisi: İnsanların dini düşüncəsinin milli dəyərlərə uyğun formalaşdırılması üçün milli kadrlar yetişdirilməlidir

Bakı 7 fevral. REPORT.AZ/ "Bu gün bizim üçün əsas prioritet istiqamət milli dini kadrların yetişdirilməsi, yeni nəsil gəncləri məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “İdeologiyaların”, tendensiyaların təsirindən qorunması məsələsidir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, din sahəsi digər sahələrdən fərqlənən xüsusiyyətlərə malik olduğu üçün təcrübələr göstərir ki, burada xaricdə təhsil almaq məsələsi özünü doğrultmur: "İnsanların dini düşüncəsinin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı yetişdirməliyik. Həmin kadrlar din xadimi və ya mütəxəssis kimi fəaliyyət göstərərkən Azərbaycanın milli dövlətçilik maraqlarını nəzərə almalı, vətənpərvərlik ruhunu rəhbər tutmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalı, İslam dininin insanlara olduğu kimi çatdırılmasında aparıcı qüvvəyə çevrilməli, xurafat və dini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar".

Son xəbərlər

Orphus sistemi