Komitə: “Azərbaycanda “işbazlar” bəzi din xadimlərini “tələyə” salıb”

Komitə: “Azərbaycanda “işbazlar” bəzi din xadimlərini “tələyə” salıb” "Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb. Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən i
Din
2 İyun , 2022 16:24
Komitə: “Azərbaycanda “işbazlar” bəzi din xadimlərini “tələyə” salıb”

"Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb. Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla “təmin etməyə” çalışıblar".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

"Dövlət Komitəsinə daxil olan məlumatlara görə, “işbazlar” artıq bəzi din xadimlərini “tələyə” salmağa müəssər olub, onları köhnə tarixlə, vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mədrəsələrin diplomları ilə “təmin” ediblər. Halbuki, həmin din xadimlərinin bəziləri müxtəlif vaxtlarda Dövlət Komitəsinə təqdim etdikləri sənədlərdə hansısa dini təhsil müəssisələrini bitirmədiklərini, dini biliklərə ruhanilər vasitəsilə yiyələndiklərini bildiriblər. Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevrilməməyə çağırırıq", - Komitə rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi