Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın dünyasını dəyişib

Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın dünyasını dəyişib Onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır
Din
233
21 Noyabr , 2016 18:42
Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın dünyasını dəyişib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarət etmək üçün gedən qadınlardan biri dünyasını dəyişib.

Bu barədə "Report"a hazırda Kərbəla ziyarətində olan Nisə Tağıyeva məlumat verib.

O, dünyasını dəyişən qadının 65 yaşlı Səyyarə adlı şəxs olduğunu bildirib. 

N.Tağıyevanın sözlərinə görə, ölən şəxsin vəziyyəti qəflətən pisləşib. 

Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. 

Son xəbərlər

Orphus sistemi