Bakıda “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilir Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub
Din
16 Aprel , 2015 11:49
Bakıda “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “Report” xəbər verir ki, tədbir AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazədə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan nümayəndələr də iştirak edirlər.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti Akif Əlizadə açıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu Dövlət müşaviri Kamal Abdullayev səsləndirib.

İki gün davam edəcək beynəlxalq konfransın iştirakçıları “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələrlə çıxış edəcəklər.

Yekun iclasdan sonra konfrans iştirakçılarının Bəyannaməsi dinləniləcək. Həmçinin konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi