Prezident İlham Əliyev “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfrans iştirakşılarına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfrans iştirakşılarına təbrik məktubu ünvanlayıb "Ümüdvaram ki, konfrans nəinki İslam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək"
Din
103
15 Mart , 2017 11:40
Prezident İlham Əliyev “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfrans iştirakşılarına təbrik məktubu ünvanlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfrans iştirakşılarına təbrik məktubu ünvanlayıb.

“Report" xəbər verir ki, məktubu millətlərarası, multikulturalizm və dini məslələr üzrə dövlət müşaviri Kamal Abdullayev oxuyub.

Məktubda deyilir: "Hörmətli, konfrans iştirakçıları. Sizi “İslam həmrəyliyi-zamanın çağrışı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakşılarını səmimi qəlbdən salamlayır, ən xoş arzu və diləklərimi bildirirəm. Avropa ilə Asiyanın qovşağında yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıb. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik, zəngin tolerantlıq və multikultural ənənələrini qoruyur, sivilzasiyalararası dialoqa, İslam daxili və konfessiaylararası həmrəyliyə öz tövhələrini verir.

Buna görə də zamanın çağrışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanının dəqiq seçilməsi şübhəsizdir.

Məmuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildi. Müasir dünyamızda İslam həmrəyliyiin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam və digər dinlər arasında harmonyanın yaranması nəzərdə tutulur. Buna nail olmaq əslində dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətlərin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır. Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir.

Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin, din xadimlərinin dinlərarası mühüm aktual məsələlərin belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dünyası və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir. Ümüdvaram ki, konfrans nəinki İslam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək. Bu nəcib fəaliyyətinizdə bir olan Uca Allahdan sizə könül xoşluğu, can sağlığı və konfransınızın işinə uğurlar arzulayıram".    

Son xəbərlər

Orphus sistemi