İsgəndəriyyə və bütün Afrika patriarxı II Feodor Azərbaycana səfər edəcək

İsgəndəriyyə və bütün Afrika patriarxı II Feodor Azərbaycana səfər edəcək Mitropolit Aleksandr: "Müzakirə üçün ümumi mövzularımız çoxdur, bir sıra problemlərə ortaq yanaşmamız var"
Din
6 Yanvar , 2017 11:20
İsgəndəriyyə və bütün Afrika patriarxı II Feodor Azərbaycana səfər edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ İsgəndəriyyə provaslav kilsəsinin yepiskopu, İsgəndəriyyə və bütün Afrika patriarxı II Feodor bu ilin may ayında Azərbaycan və Qazaxıstana səfər edəcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiya pravoslav kilsəsinin rəhbəri, Astana və Qazaxıstan mitropoliti Aleksandr bildirib.

"Patriarx II Feodor Moskva və bütün Rusiyanın patriarxı Kirillin dəvəti ilə bu ilin may ayında, Pasxa dövründə Qazaxıstan və Azərbaycana səfər edəcək. Bu, heç də təsadüfi deyil, çünki İskəndəriyyə kilsəsinin iyerarxları və keşişlərinin sitayişi, həmçinin İslam dünyasının əhatəsində baş verir. Müzakirələr aparmaq üçün ümumi mövzularımız çoxdur, bir sıra problemlərə ortaq yanaşmamız var. Həyat təcrübəsi bölüşməli, qardaşlıq dialoqlarını möhkəmləndirməliyik", - deyə yepiskop Aleksandr vurğulayıb.

Onun sözlərinə görə, Patriarx səfəri zamanı ölkə başçıları və ənənəvi dinlərin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi