İranın Azərbaycandakı səfiri yaslarda yol verilən israfçılıqla bağlı tövsiyələri şərh edib

İranın Azərbaycandakı səfiri yaslarda yol verilən israfçılıqla bağlı tövsiyələri şərh edib “Hesab edirəm ki, kasıblara və yoxsul insanlara ehsanın verilməsi daha məqbuldur”
Din
105
4 Noyabr , 2014 15:41
İranın Azərbaycandakı səfiri yaslarda yol verilən israfçılıqla bağlı tövsiyələri şərh edib

Bakı. 4 noyabr. REPORT.AZ/ İranın Bakıdakı səfiri Möhsün Pakayin Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaslarda yol verilən israfçılıq ilə bağlı tövsiyələri şərh edib.

Səfir “Report”a bildirib ki, həmin tövsiyələrin detalları ona məlum deyil. “Lakin hesab edirəm ki,  kasıblara və yoxsul insanlara ehsanın verilməsi daha məqbuldur” - deyə, səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan DQİDK yas mərasimlərində ehsan verilərkən israfçılıq etməməyi tövsiyə edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə analoji bəyanatla daha əvvəl çıxış edib.

Son xəbərlər

Orphus sistemi