Komitə sədri: "İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur"

Komitə sədri: "İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur" "Göy Məscid" Ermənistandakı rejim tərəfindən təbliğat vasitəsi kimi saxlanılır"
Din
21 Dekabr , 2015 11:26
Komitə sədri: İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur

Bakı. 21 dekabr. REPORT.AZ/ "İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, həmin məscidlər Azərbaycanın tarixi abidələridir: "Göy Məscid" Ermənistandakı rejim tərəfindən təbliğat vasitəsi kimi saxlanılır. O məscidin guya İrana icarəyə verilməsi təbliğat xarakterlidir. Əslində, həmin məsciddə ibadət edən yoxdur. Məscidə rəhbərlik edən ermənidir, onun müsəlman olub-olmaması da bəlli deyil.

Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, həm Ermənistan, həm də işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı".

Son xəbərlər

Orphus sistemi