Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edilib

Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Din
775
15 Aprel , 2015 17:41
Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Belə ki, Bakıdakı Heydər Məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

Qeyd edək ki, siyahıdakı obyektlərin mühafizəsi dövlət büdcəsindən maliyyələşdirilən və maliyyə yardımı alan müəssisə və təşkilatlarda dövlət büdcəsinin vəsaiti, təsərrüfathesablı müəssisə və təşkilatlarda isə öz vəsaiti hesabına təmin edilir.

Son xəbərlər

Orphus sistemi