Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurub

Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurub Peyvəndləmə könüllü və dövlət hesabına aparılır
Din
125
4 Mart , 2021 15:47
Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurub
Hacı Şahin Həsənli

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə peyvənd vurdurub.

“Report” xəbər verir ki, bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb.

Peyvəndin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.

Qeyd edək ki, yanvarın 18-dən etibarən ölkədə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Son xəbərlər

Orphus sistemi