Hacı Allahşükür Paşazadə: "20 Yanvar hadisələri zamanı şəhidlərin dəfn edilməsində mənə mane olurdular"

Hacı Allahşükür Paşazadə: "20 Yanvar hadisələri zamanı şəhidlərin dəfn edilməsində mənə mane olurdular" "Allah 20 Yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi"
Din
129
26 Yanvar , 2015 14:52
Hacı Allahşükür Paşazadə: 20 Yanvar hadisələri zamanı şəhidlərin dəfn edilməsində mənə mane olurdular

Bakı. 26 yanvar. REPORT.AZ/ "20 Yanvar hadisəsi xalqın bu yolda mübarizə əzmini sübut etdi. Allah 20 Yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi". “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin xatirəsinə keçirilən anım mərasimində bildirib.

O qeyd edib ki, Azərbaycana radikal islam damğası vuraraq ölkəni dağıtmaq istəyirdilər, Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdü və bunu rəsmiləşdirməyə çalışırdılar. 

Hacı Allahşükür Paşazadə 20 Yanvar hadisələri zamanı ölkədaxili vəziyyətdən də danışaraq təzyiqlərə məruz qaldığını bildirib: “Bizə təzyiqlər başlandı. Hətta şəhidlərin harada dəfn olunması üçün də mənə mane olurdular. Deyirdilər ki, Dağüstü Park lazım deyil, hərəsini öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Bu, həmin vaxt dövlətə rəhbərlik edənin səriştəsizliyinin ucbatından idi. Çünki o rəhbər xalqın oğlu deyildi, imperiyanın köləsi idi”. 

Allahşükür Paşazadə deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu məsələdə də haqq-ədalət yerini tapdı: “Yuxarıda Allah Təala, yerdə isə Heydər Əliyevin köməkliyi ilə haqq öz yolunu tapdı. Onlara şəhid statusu da verildi. Amma hələ də dünyada bu hadisəyə hüquqi qiymət tam verilməyib”.

Son xəbərlər

Orphus sistemi