Gürcüstanın baş naziri Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib

Gürcüstanın baş naziri Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib Qeorgi Kvirikaşvili: "Bu bayram hər bir müsəlman üçün çox mühüm əhəmiyyət kəsb edir"
Din
7 İyun , 2016 10:29
Gürcüstanın baş naziri Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib

Tbilisi. 7 iyun. REPORT. AZ/ Gürcüstanın baş naziri Qeorgi Kvirikaşvili müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, baş nazir müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.

Baş nazirin təbrik məktubunda deyilir: “Səmimi qəlbdən müsəlman vətəndaşlarımızı Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. Bu bayram hər bir müsəlman üçün çox mühüm əhəmiyyət kəsb edir. Sizin hamınıza sülh, xoşbəxtlik və firavanlıq arzulayıram”.

Son xəbərlər

Orphus sistemi