Gürcüstanın baş naziri müsəlman dini liderlərlə görüşüb

Gürcüstanın baş naziri müsəlman dini liderlərlə görüşüb Gürcüstanın baş naziriGiorgi Qaxariaölkənin müsəlman dini liderləri ilə görüş keçirib.
Din
31 İyul , 2020 19:42
Gürcüstanın baş naziri müsəlman dini liderlərlə görüşüb

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin müsəlman dini liderləri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

O deyib ki, Gürcüstanın gücü onun müxtəlifliyindədir: “Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.

G.Qaxarianın sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir: “Biz bu ölkəni bir yerdə qururuq və gələcəyi üçün birgə işlər görürük”.

Baş nazir müsəlmanlara uğurlar, cansağlığı və firavanlıq arzulayıb.

Son xəbərlər

Orphus sistemi