Gürcüstanda azərbaycanlı din xadimləri dövlət dilini öyrənməyə başlayıb

Gürcüstanda azərbaycanlı din xadimləri dövlət dilini öyrənməyə başlayıb Gürcüstanda dini azlıqlar üçün dövlət dilinin tədrisi proqramına Marneuli rayonundan start verilib.
Din
22 İyul , 2019 14:18
Gürcüstanda azərbaycanlı din xadimləri dövlət dilini öyrənməyə başlayıb

Gürcüstanda dini azlıqlar üçün dövlət dilinin tədrisi proqramına Marneuli rayonundan start verilib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, üç aylıq proqram çərçivəsində Marneuli, Dmanisi və Saqareco rayonlarından olan ruhanilər gürcü dilini öyrənəcəklər.

“Ruhanilər üçün dövlət dili” adlı proqramla bağlı memorandum bu ilin mayında Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi arasında imzalanıb.

Proqramın əsas məqsədi dini azlıqlar arasında dövlət dilinin populyarlaşdırılması və vətəndaş inteqrasiyasına dəstək verməkdir.

Gürcü dili kursları üçün xüsusi tədris vəsaitləri hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi