Gündüz İsmayılov: "Azərbaycanda dini ayrı-seçkilik yaradan saytlar xaricdən idarə olunur"

Gündüz İsmayılov: "Azərbaycanda dini ayrı-seçkilik yaradan saytlar xaricdən idarə olunur" Dövlət Komitəsi sədrinin müavini: "Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb"
Din
125
13 Oktyabr , 2017 11:26
Gündüz İsmayılov: Azərbaycanda dini ayrı-seçkilik yaradan saytlar xaricdən idarə olunur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov / Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütamadi olaraq KİV-lərin monitorinqini həyata keçirir və təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, monitorinq nəticəsində dini və məzhəb ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların olduğu müəyyənləşib: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdin etsələr də əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan dini qruplar tərəfindən idarə olunub. Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Bu cür saytların demək olar ki, hamısı xaricdən idarə olunur. Onların domenlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadığı görünsün".