Hicran Hüseynova: "Erkən nikahların yayılmasını İslamla bağlamaq düzgün deyil"

Hicran Hüseynova: "Erkən nikahların yayılmasını İslamla bağlamaq düzgün deyil" "Çünki İslam dini çox müasir dindir"
Din
186
6 Fevral , 2015 11:09
Hicran Hüseynova: Erkən nikahların yayılmasını İslamla bağlamaq düzgün deyil

Bakı. 6 fevral. REPORT.AZ/ "Bir çox hallarda hansısa mənfi təsirləri İslam dini ilə bağlamaq istəyirlər. Bura xüsusilə erkən nikahların yayılması, ya da qızların təhsildən yayınması və digər hallar aiddir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, əslində bu, düzgün deyil: "Çünki İslam dini çox müasir dindir. Bu, daha çox elmlə bağlı olan dindir. İstərdik ki, cəmiyyətimiz bu baxımdan dini məsələlərə yaxınlaşsınlar".

Son xəbərlər

Orphus sistemi