​Mübariz Qurbanlı Hindistanın Azərbaycanın səfiriylə görüşüb

​Mübariz Qurbanlı Hindistanın Azərbaycanın səfiriylə görüşüb Səfir din sahəsində də qarşılıqlı əməkdaşlıqdan məmnun qalacaqlarını deyib
Din
7 Mart , 2016 20:30
​Mübariz Qurbanlı Hindistanın Azərbaycanın səfiriylə görüşüb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul edib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədri Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyib. Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verən Mübariz Qurbanlı tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədən müxtəlif dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri mükəmməl formada qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə yardımı edilir.

Azərbaycandakı multikultural və tolerant mühitin, burada müxtəlif dinlərin, mədəniyyətlərin, dillərin nümayəndələrinə bərabər münasibətin göstərildiyinin şahidi olduğunu deyən səfir, din sahəsində də qarşılıqlı əməkdaşlıqdan məmnun qalacaqlarını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi